İki ev, bir avtomobil yandı

  • Müəllif: admin
  • 17 Dekabr 2016 09:55

avtomobil-yangini
Biləsuvar rayonu, Amankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 4 otaqlı evdə güclü yanğın olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, evin 2-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar hadisə Xəzər rayonunda da baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 94 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 82 m2 sahədə yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 03:06-da söndürülüb.
Bundan başqa Sumqayıt şəhərində vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və şiti yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Baş verən yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info