ABŞ-ın Rusiyadakı səfirinə istefası ilə bağlı təlimat verilməyib

  • Müəllif: admin
  • 09 Yanvar 2017 21:11

dfjkgchfg

 

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Donald Trampın inaqurasiyasından sonra ölkəni tərk etməsi ilə bağlı rəsmi Vaşinqtondan hələ təlimat almayıb.

Gununsesi.info-nun “İnterfaks”a istinadən məlumatına görə, bu barədə Amerikanın Rusiyadakı səfirliyinin rəsmi nümayəndəsi Mariya Olson bildirib.

“Obama administrasiyası tərəfindən təyin olunmuş bütün siyasi təyinatlara dekabrın 7-nə qədər istefa ərizəsi yazmaqlarına dair təlimat verilib və bu, yanvarın 20-də qüvvəyə minəcək. Müvafiq təlimat diplomatik xidmət orqanlarının əməkdaşlarına şamil olunmayıb. Ümumiyyətlə, bütün səfirlər prezidentlərin istəklərinə uyğun öz vəzifələrini icra edirlər”, – deyə Olson vurğulayıb.

 

Gununsesi.info