Meyit morqdan yoxa çıxıb?!

  • Müəllif: admin
  • 18 Yanvar 2017 10:37

meyit-olu-1

Rusiyanın Krasnoyarsk şəhər morqunda qadın meyiti itib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb. Ölən qadının yaxınları 1 həftə sonra meyiti aparmaq üçün morqa müraciət ediblər. Lakin meyit tapılmayıb.
Məsələ ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq meyitin bilmədən basdırılması və ya oğurlanması versiyalarını nəzərdən keçirir.

Gununsesi.info