
Şəki rayonunun Baş Kəldək kənd sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Şəki rayonunun Baş Kəldək kənd sakini Samir Hüseynov müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngini könüllü olaraq ŞRPŞ-yə təhvil verib.
Babək sakini tapdığı silahı könüllü təhvil verib
Həmçinin, Babək rayon sakini tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.
Məlumata görə, Babək rayon sakini Qurban Hüseynov tapdığı “TOZ-8” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.
Anar
Gununsesi.info









