
Tədqiqatçılar tərəfindən aparılan təcrübələr göstərub ki, insan orqanizmində D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə var.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, dietoloqlar isbat ediblər ki, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır.
Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.
Orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.
D vitamini çatışmazlığı isǝ epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə dǝ səbəb olur.
İnsan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir. D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz.
Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur. Hesablamalara görə, günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.
Dieotoloqlar iddia edirlər ki, mütǝxǝssis-ekspert Şeyda Sıla Bilgili bildirib ki, D vitamini – həm qidalanma, həm də günəş işığının köməyi ilə qəbul edilə biər. belə ki, müxtǝlf balıq növlǝrindǝ, pendir, süd, kərə yağı və yumurtanın sarısında D vitaminin kifayətqədər olması bu işin öhdəsindən layiqincə gələ bilər.
Gülnaz Qənbərli
Gununsesi.info












