
Akkumlyator oğurlamaqda şübhəli bilinən Ağcabədi şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə şəhər ərazisində Laçın rayon sakini İman Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Şahin Cəmilov tutulub.
Anar
Gununsesi.info









