İsrailin ilhaq planı: - "Qəzzanın şimalını tamamilə işğal etməliyik"

  • By Admin2
  • 19 Noyabr 2024 10:43

İfrat sağçı İsrailin maliyyə naziri Bezalel Smotrich, girovları geri qaytarmaq üçün “Qəzzanın şimalının tamamilə işğal edilməli olduğunu” iddia etdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Smotriç “Həmas-a deməliyik ki, girovları geri qaytarmasalar, biz həmişəlik orada olacağıq və bu, Qəzzaya ərazisinin üçdə birinə baha başa gələcək”, – deyə bildirib.

HƏMAS-a qarşı mübarizənin davam etdirilməsi lazım olduğunu bildirən Smotriç, həmçinin “Həmas ilə müharibəni bitirmək üçün razılığa gəlmək təslim olmaq və məğlub olmaq deməkdir”deyib.

Orxan Saffari

Gununsesi.info