Sumqayıtda əməliyyat keçirildi - Silah-sursat və heroin aşkar edilib

  • Müəllif: admin
  • 18 Fevral 2017 11:32

silah

Sumqayıt şəhər sakinindən silah-sursat və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məhərrəmovdan kustar üsulla hazırlanmış tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, habelə 22,470 qram heroin götürülüb. Onun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Anar
Gununsesi.info