
Avstraliyada yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər dünyasını dəyişıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Melburn şəhərində qeydə alınıb.
Belə ki, təyyarə “Essendon” aeroportundan havaya qalxarkən qəzaya uğrayıb. Mağazanın anbarının üstünə düşəndən sonra təyyarə yanıb.
İlk məlumatlara görə, qəzaya səbəb təyyarənin motorunda yaranan nasazlıq göstərilir.
Anar
Gununsesi.info









