Abdullah Gülün oğlu yeni günəş stansiyası inşa etdi

  • By admin
  • 17 Noyabr 2016 15:46

gunes

Günəş elektrik stansiyasında enerji istehsalı artır.

Gununsesi.info-nun “Vatan” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin sabiq prezidenti Abdullah Gülün oğlu Ahmet Gül Kayseridə 8,8 MVt gücündə yeni Günəş Elektrik Stansiyası inşa edirib. Artıq A. Gülün Kayseridə inşa edirdiyi günəş istilik elektrik stansiyasıda enerji istehsalına başlanılıb.

Məlumata görə, 160 min kvadrat metrlik sahədə yaradılan stansiyada 34 min günəş paneli quraşdırılıb. Bu isə stansiyasının daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açır.

Qeyd edək ki, hazırda Ahmet Gül tərəfindən inşa edilən Günəş Elektrik Stansiyası Türkiyədə fəaliyyət göstərən 10 günəş stansiyası arasında yer alır.
Anar
Gununsesi.info