
ABŞ Əfqanıstandakı hərbçilərinin sayını 3 min artıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Maykl Endryu bildirib.
“Biz hərbçilərin hara göndəriləcəyini deməyəcəyik. Çünki düşmənin planımızdan xəbər tutmasını istəmirik”, deyə Endryu söyləyib.
Daha əvvəl ABŞ-ın Müdafiə naziri Ceyms Mettis bu barədə bildirimişdi.
Beləliklə Pentaqon Əfqanıstandakı hərbi kontingentinin ümumi sayını 14,5 min nəfərə çatdıracaq.
Gununsesi.info












