Vircin adalarında fövqəladə vəziyyət elan edilib

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 09:15

qasirga

Donald Tramp “Mariya” qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Dördüncü kateqoriyaya qədər güclənən “Mariya” qasırğası Vircin adalarına yaxınlaşır. Hazırda qasırğanın episentrində küləyin sürətinin saatda 215 kilometrə çatdığı bildirilir.

Gununsesi.info