
ABŞ-da yumurta böhranı böyüməyə davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Quş qripi” epidemiyası ilə əlaqədar yumurta qiymətləri kəskin bahalaşıb.
Son bir ildə yumurtanın qiyməti 50 faizdən çox artıb.
Supermarketlərdə rəflərdə yumurta tapmaq çətindir.
Yanvarda ABŞ-da bir çox yumurtanın orta qiyməti 4,95 dollar olub. Bəzi marketlərdə 12 ədəd yumurtanın qiyməti 10 dollara yaxınlaşıb.
Ötən ilin dekabrında ölkədə quş qripi epidemiyası səbəbindən 13 milyondan çox quş məhv edilib.
Təkcə ötən həftə ABŞ-ın səkkiz ştatında 21 milyondan çox ev quşunun məhv edildiyi açıqlanıb. Bu vəziyyətə görə yumurta tapmaq çox çətinləşib.
Bəzi marketlərdə quş qripi ilə əlaqədar yumurtanın qiymətinin artacağı ilə bağlı xəbərdarlıq lövhələri asılıb. Bir çox supermarketlərdə yumurta rəfləri boşdur.
Bəzi bazarlarda adambaşına alına biləcək yumurta sayına məhdudiyyətlər qoyulub. Yumurta bahalaşması restoranlarda da özünü göstərib.
ABŞ-da bəzi restoranlar yumurta qiymətlərinin artımını menyularında əks etdirməyə başlayıb.
Orxan Saffari