ABŞ dövlət katibi Kremli ittiham edib - "RUSİYA SURİYANIN KİMYƏVİ SİLAH ARSENALININ MƏHV ETDİRİLMƏSİNƏ DAİR RAZILAŞMANI İCRA ETMƏYİB"

  • By admin
  • 07 Aprel 2017 09:03

Reks Tillerson

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb.

Gununsesi.info-nun lenta.ru-ya istinadən verdiyi məlumata görə, Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu, və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib.

Onun sözlərinə görə, ABŞ hesab edir ki, Suriya rəhbərliyi ötən müddət ərzində iflic yaradan “zarin” qazından istifadə etməkdə davam edib.

Tillerson Suriyaya endirilən raket zərbəsinin “proporsional” olduğunu bildirib.

Gununsesi.info