Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb. Onlardan 1596-sı bu il geri qayıdıb.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində açıqlayıb.

“Biz Rusiya əsirliyində olan hər bir şəxsi – həm hərbçiləri, həm də mülki şəxsləri – qaytarmalıyıq. Hər bir soyadı yoxlayırıq. Mübadilələr davam edir”, – deyə Prezident qeyd edib.

O qeyd edib ki, əsirlikdən geri qaytarılanların reabilitasiyaya cəlbi vacibdir.

“Onların uyğunlaşma, lazımi müalicə və sosial məsələlərin həlli – bütün bunlar vacibdir və qayğı və dəstək olmalıdır”, – deyə dövlət başçısı bildirib.

Gununsesi.info