Oman Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etməyi düşünür.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Sultanlıq Avropa rəsmilərinə müharibədən əvvəlki gəmiçilik qaydalarına qayıtmağın mümkün olmadığını bildirib.
Agentliyin məlumatına görə, Oman hakimiyyəti beynəlxalq dəniz qanunlarına riayət etməyə davam edəcəklərini, lakin xüsusilə gəmilərə naviqasiya dəstəyi və çirklənmənin təmizlənməsi ilə bağlı xidmətlər üçün ödəniş tələb edə biləcəklərini bəyan edib.
“Bloomberg” qeyd edir ki, bu cür ödənişlərin məcburi olub-olmayacağı hələ də məlum deyil. Bu arada, ABŞ, Avropa ölkələri və Körfəz Ərəb dövlətləri Oman və İranın Hörmüz boğazından keçmək üçün birgə rüsum toplama sistemi yarada biləcəyindən narahatlıqlarını bildiriblər.












