ABŞ-ın Bakıdakı səfirliyindən koronavirus xəbərdarlığı

  • By admin
  • 03 Fevral 2020 14:51

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla bağlı xəbərdarlıq yayıb.

Gununsesi.org xəbər verir ki, səfirliyin “Facebook” səhifəsində ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı rəsmi müraciəti verilib:

“Rəsmi müraciətə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honkonq və Makao istisna olmaqla, Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir”.

Məlumatda daha sonra qeyd olunub:

“Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda həmin ölkədə olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində bu ölkəyə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik”.

Gununsesi.org