ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib.
Gununsesi.org “Associated Press”ə istinadən xəbər verir ki, 95 yaşlı Karter Corciya ştatındakı evində yıxılaraq çanaq sümüyünü sındırıb. Keçmiş prezidentin nümayəndəsi bildirib ki, sınıq o qədər də həyati əhəmiyyətli təhlükə daşımır.
Qeyd edək ki, Cimmi Karter son yarım il ərzində artıq üçüncü dəfədir yıxılır. O, yaz aylarında hətta omba əməliyyatı keçirib.
Gununsesi.org