Abşeronda vətəndaşın evindən 9500 manat oğurlayanlar saxlanıldı - FOTOLAR

  • Müəllif: admin
  • 27 Dekabr 2016 12:38

ogru

Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edən Rustəmov İsa Hacı oğlu ona məxsus evdən 9500 manat pulun oğurlandığını bildirib.

Gununses.info xəbər verir ki, daxil olan məlumat əsasında rayonun cinayət axtarış idarəsinin əməkdaşlarının keçirdiyi  əməliyyat nəticəsində cinayəti törədməkdə  şübhəli bilinən 22 yaşlı  Sənan  Bəndəlizadə və İlqar Bayramov saxlayıblar.  İstintaq zamanı  hər 2 şəxs törətdikləri cinayət əməlini etiraf edib. Sənan Bəndəlizadə  İlqar Bayramovla Rusiyada yaşayan dostunun vasitəsi ilə tanış olduğunu bildirib. O,  Rusiyaya getmək üçün İlqardan  pulu istəyəndə İlqar ona oğurluq etməyi təklif edib. Cinayət ortaqları Razılığdan sonra  oğurluğa birgə gediblər. Sənan Bəndəlizadə içəriyə tək girib. İlqar isə yolda əraziyə nəzarət edib. Bütün evi axtardığını deyən Sənan oradan cəmi 100 manat tapdığını bildirib. Saxlanılan şəxslərin ifadələrindən sonra polis əməkdaşları araşdırma aparıblar. Sonradan məlum olub ki, ev sahibinin 9500 manatının oğurlanması ilə bağlı iddiası yalnışdır. Zərərçəkən bunu sonradan özü də etiraf edib.

Faktla bağlı Abşeron rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

ogru1

Gununsesi.info