AFFA-nın növbəti konfransı bu tarixdə olacaq

  • By admin
  • 11 Yanvar 2021 17:59

AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib.

 

Gununsesi.org assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, videokonfrans formatında keçiriləcək Konfrans yanvarın 29-da saat 11:00-da başlayacaq.

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 2020-ci il dekabrın 24-dəki iclasında qəbul olunmuş müvafiq qərara əsasən, tədbir onlayn formatda gerçəkləşəcək.

Gununsesi.org