
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, yığıncaqda Azərbaycan çempionatının I turunda baş verənlər müzakirə olunub.
İlk turda Premyer Liqanın yalnız bir klub cəzalanıb. “Sumqayıt” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 800 manat cərimə olunub.
Gununsesi.info









