Ağacın budaqlarını qanunsuz kəsən şəxs cərimələndi

  • By admin
  • 12 Avqust 2017 11:32

04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbirstanlığı ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.  

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Belə ki, araşdırma zamanı yaşköküstə 2 ədəd alça ağacının budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.

Anar

Gununsesi.info