Ağdamda inəyin vurduğu qadın ölüb

  • Müəllif: admin
  • 14 Mart 2017 23:01

tecili yardim

 

Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Filyar Əliyevanın vəziyyəti ağır olduğundan yaxınları onu Bərdə xəstəxanasına aparmağa  çalışsalar da, qadın yolda həyatını itirib. F. Əliyevanın yaxınları onu tövlədə inək vurduğunu deyib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info