Ağstafada ev yanıb

  • By admin
  • 22 Mart 2017 21:58

fhn yangin masin

 

Ağstafada yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Dağkəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info