Ağsuda məişət tullantıları yandıran şəxs yanğın törətdi

  • By Günel
  • 10 Avqust 2025 11:29

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Z.Bağırova məsuliyyətə cəlb olunub.

Gununsesi.info