Aİ Belarusdakı miqrantlar üçün milyonlarla avro ayıracaq

  • By admin
  • 23 Noyabr 2021 19:57

Avropa İttifaqı miqrantların Belarusdan öz ölkələrinə könüllü qayıtmasını dəstəkləmək üçün 3,5 milyon avro ayıracaq.

Gununsesi.info xəbər verir ki, bunu çərşənbə axşamı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxışı zamanı deyib.

“Getdikcə daha çox miqrant çıxılmaz vəziyyətə düşüb və biz onların vətənə qayıtmalarını asanlaşdırmaq üçün BMT agentlikləri ilə işləyəcəyik. Belarusdan könüllü qayıtmağı dəstəkləmək üçün 3,5 milyon avroya qədər vəsait ayırırıq”, – deyə Der Lyayen qeyd edib.

Gununsesi.info