Anadolu Agentliyi 97 yaşını qeyd edir

  • By admin
  • 06 Aprel 2017 11:49

unnamed (21)

Bu gün Türkiyənin ən böyük, dünyanın isə əhəmiyyətli agentlikləri arasında yer alan “Anadolu” agentliyi (AA) 97 yaşını qeyd edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,  agentlik Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün təlimatıyla 1920-ci ilin 6 aprel tarixində qurulub.

Belə ki, Türkiyənin Qurtuluş (İstiqlal) müharibəsinin ilk illərində Anadolunun səsini dünyaya çatdırmaq məqsədiylə qurulan “Anadolu” agentliyi 97-ci ilində dünyanın ən nüfuzlu beş agentliyindən biri olmaq yolundadır.

Qeyd edək ki, agentlik xəbərlərini Türk, ingilis, ərəb, Bosniya Hersoqavina (Bosniya dili, xorvat, serb), rus, kürd və fransız dillərində yayımlayır.

Anar
Gununsesi.info