Ankarada xüsusi əməliyyat – 25 ədliyyə işçisi saxlanıldı

  • By admin
  • 16 Yanvar 2017 21:47

 1359137498

 

Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq tədbirləri çərçivəsində paytaxtda ədliyyə sahəsində çalışan 32 nəfər haqqında saxlanılma qərarı verilib.

Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, 32 nəfərdən 25-i saxlanılıb, 7 nəfərin axtarışı isə aparılır.

Şübhəlilərin mobil telefonlarında FETÖ-yə üzv şəxslərin təşkilatdaxili əlaqə üçün işlətdikləri “ByLock” proqramı olduğu aşkarlanıb.

 

Gununsesi.info