Aparıcının görüşdüyü iş adamı evli imiş

  • By admin
  • 28 Sentyabr 2017 21:04

134712_zgflk8f1ak
Aparıcı Ece Erkenin iş adamı Nazim Torbaoğludan ayrılma səbəbi bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ece Nazimin evli olduğunu, eyni zamanda model Songül Yıldırımla da sevgi yaşadığını öyrənib.

Verilişlərdən birinə açıqlama verən Erken Nazimin onu aldatdığını bilmədiyini söyləyib:

“Nazimlə keçən ildən tanışam. Mənə iki əvvəl boşandığını demişdi. Hətta Songüllə də 1 il əvvəl ayrılmışdı. Onun evli və başqası ilə birlikdə olduğunu bilə-bilə yanında qalardımmı? İnsanlar haqda pis fikirdə olmaq istəmirəm. Onsuz da sevgili deyildik. Bir-iki dəfə görüşdük, yola getməyəcəyimizi anladıq və ayrıldıq”.

 

Gununsesi.info