Aralıq dənizi pəhrizi

  • By admin
  • 11 Fevral 2017 13:00

dieta

Aralıq dənizi pəhrizi Aralıq dənizi pəhrizi həkim və dietoloqların ən çox bəyəndiyi pəhrizlərdən biridir.

Gununsesi.info Qərb mətbuatına istinadən artıq çəkidən azad olmaq istəyənlərə bu pəhrizi təqdim edir. Sizə 5-günlük aralıq dənizi pəhrizinin bir variantını təqdim edirik.

1-ci gün

Səhər yeməyi: 1 ədəd kivi və ½ banan 3 stol qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qr yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.

İkinci səhər yeməyi: ½ banan əzilir və 100 qr yağsız yoqurt ilə qarışdırılır.

Nahar: 50 qr kartof, 50 qr yunan qabağı, 50 qr badımcan, 50 qr qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 stol qaşığı zeytun yağı əlavə olunur.

İkinci nahar: 1 alma və 1 kivi doğranılır, üzərinə bir qədər limon şirəsi sıxılır və şəkər əvəzedicisi (diabet xəstələri üçün nəzərdə tutulmuş) ələvə olunur.

Şam yeməyi: 100 qr bişmiş balıq, 100 qr tərəvəz salatı (pomidor, xiyar, zeytun, göyərti).

2-ci gün

Səhər yeməyi: 50 qr çörək, 50 qr mosarella pendiri (və ya digər yağlılığı az olan pendir), 1 ədəd pomidor.

İkinci səhər yeməyi: 100 qr yağı az olan yoqurt.

Nahar: 100 qr buğda bişirilmiş quzu əti, 50 qr bişmiş düyü, tərəvəz salatı (1 bolqar bibəri, 1 pomidor, kahı, keşniş, reyhan, bir qədər zeytun yağı) və 50 qr çörək.

İkinci nahar: 1/2 qreypfrut, 1 alma, 1 armud doğranılır və qarışdırılır. Üzərinə xırda doğranılmış qoz və şəkər əvəzedicisi (zövgə görə) ələvə olunur.

Şam yeməyi: 1 xiyar, 1 pomidor, 1 bibər, 4-5 marinada qoyulmuş zeytun, göyərti doğranılır. Üzərinə 50 qr xırdalanmış pendir və bir qədər zeytun yağı ələvə olunur. 50 qr çörək yemək olar (istəyə görə).

3-cü gün

Səhər yeməyi: 50 qr çörək, 40 qr yağı az olan vetçina.

İkinci səhər yeməyi: 100 qr ananas, 1 alma, ½ banan doğranılır və qarışdırılır.

Nahar: 50 qr bolqar bibəri, 50 qr yaşıl lobya, 50 qr badımcan, 50 qr pomidor, 50 qr gül kələmi doğranılır və buğda bişirilir. ½ soğan və 1 diş sarımsaq 1 stol qaşığı zeytun yağında bir qədər qızardılır və tərəvəzlərin üzərinə əlavə olunur. 30 qr makaron bişirilir və tərəvəzlə birlikdə yeyilir.

İkinci nahar: 50 qr yağı az olan kəsmik, 50 qr xama qarışdırılır. Üzərinə 1 çay qaşığı bal əlavə olunur.

Şam yeməyi: 100 qr balıq, tərəvəz salatı, 50 qr çörək.

4-cü gün

Səhər yeməyi: 1 yumurta, 50 qr çörək. İkinci yemək: 100 qr yağı az olan yoqurt.

Nahar: Toyuğun sinə əti (100 qr), 30 qr bişmiş makaron, tərəvəz salatı (pomidor, kahı, xiyar, kələm, göyərti).

İkinci nahar: 50 qr çörək, 40 qr yağı az olan pendir.

Şam yeməyi: 1 pomidor, 6 dənə qırmızı turp, 1 dənə bolqar bibəri, 1 xiyar, 5 ədəd marinada qoyulmuş zeytun, ½ soğan, keşniş və reyhan doğranılır. Üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qr çörəklə yeyilir.

5-ci gün

Səhər yeməyi: Yulaf yarması sıyığının üzərinə bir qədər kişmiş və doğranmış ərik qurusu əlavə olunur. İkinci səhər yeməyi: 1 pomidor, 30 qr pendir doğranılır. Üzərinə doğranmış reyhan və 1 çay qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qr çörəklə yeyilir.

Nahar: 100 qr balıq buğda bişirilir, üzərinə limon şirəsi və göyərti əlavə olunur. 20 qr düyü bişirilir və balıqla yeyilir.

İkinci nahar: 1 portağal, 1 kivi, 1 alma, bir qədər qoz doğranılır, üzərinə 2 xörək qaşığı yoqurt əlavə olunur.

Şam yeməyi: 1 pomidor, 1 badımcan, 1 bibər, ½ soğan, 1 kartof doğranılır, buğda bişirilir və üzərinə ½ çay qaşığı zeytun yağı və doğranılmış göyərti əlavə olunur. Bundan ələvə gün ərzində 6-8 stəkan təmiz su içmək lazımdır.

Əgər bu pəhriz xoşunuza gələrsə onu hətta 1-2 ay ərzində davam edə bilərsiniz.

Vəssalam. 5 gün ərzində bu cür qidalanmaqla arzusunda oldugunuz gözəlliyə tədricən qovushacaqsınız…

Gülnaz Qənbərli

Gununsesi.info