Araz Qurbanov ermənilərin regiondakı yeni məkrli planından yazdı - FOTO

  • By admin
  • 09 Oktyabr 2017 12:20

dqwd

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) onilliyi ərəfəsində qurumun yeni nəşri – «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı çapdan çıxıb. 

Gununsesi.info xəbər verir ki, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən, və «erməni» kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur.

Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək «etnik erməni» kimi identifikasiya etmədiyi «islamlaşdırılmış erməniləri», «kriptoerməniləri», «ərəbləşmiş erməniləri», «kürdləşmiş erməniləri» və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın «Həm yeni, həm də… yenə «erməni məsələsi», «Qərbi Ermənistan» planı: Türkiyə üçün «Miatsum», «Krunk» və «Qarabağ» ssenarisi», «Kimliyə dönüş» proqramı. Rollar və aktyorlar», «Qarabağa qayıdış» proqramı. Kim, nə vaxt, harada?», «Toqquşan iddialar: «Qərbi Ermənistan», yoxsa «Böyük Kürdüstan»?», «Ermənistan: islam bayrağı altında… islama qarşı», «Abxaziyada erməni-həmşinli kartı», «Ermənilik» nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?», «Ermənilər islam ümmətinə necə daxil olublar?», «Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri», «Xristian türklər, qıpçaq ermənilər», «Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri», «Qarabağ «erməniləri», «Erməni rebusu: «erməniləşmiş tatlar», «tatlaşmış ermənilər», yoxsa «xristian tatlar»?», «Erməni aşıqları və onların etnik-dini mənşəyi» oçerklərində öz əksini tapıb.
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar – Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

22289843_1941577496065222_7729764665224734614_o

Gununsesi.info