“Asan oyun gözləmədiyini bilirik…” "QARABAĞ"-IN OYUNÇUSU

  • By admin
  • 14 Avqust 2017 21:20

almeyda

“Bizi asan oyun gözləmədiyini bilirik”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah “Kopenhagen”i qəbul edəcək.

Oyundan öncə keçirilən mətbuat konfransında Almeyda da iştirak edib. O, sabahkı matç barədə bunları deyib: “Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budur”.

Milliləşdirilmiş futbolçu son zamanlar zəif çıxış etməsi ilə bağlı verilən suala belə cavab verib: “Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdur”.

Gununsesi.info