Daşqınlar nəticəsində ölənlərin sayı 91-ə çatdı - NEPALDA

  • By admin
  • 14 Avqust 2017 21:29

nepal_flood_140817

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, bundna əlavə 25 nəfər xəsarət alıb, 35 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, 3 minə yaxın yaşayış evi dağılıb, 3,8 min sosial əhəmiyyətli obyektə zərər dəyib. Xilasetmə-bərpa işlərində 27 min insan iştirak edir.

Gununsesi.info