ATƏT PA-nın yekun bəyannaməsi qəbul edilib

  • By admin
  • 05 İyul 2016 12:27

atet1

 

ATƏT Parlament Assambleyasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən illik sessiyası başa çatıb. Gununsesi.info-nun məlumatına görə, toplantıda yekun bəyannamə artıq qəbul edilib. Bu bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin hərbi eskalasiyasından narahatlıq ifadə olunub. ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatında, eləcə də mexanizmləri çərçivəsində həllində ATƏT sədrliyinin aktiv iştirakı təqdirəlayiq hesab edilib. Sənəddə parlamentarlar Dağlıq Qarabağ münaqişəsi zonasında ədavətin daha da artmasının qarşısını almaq məqsədilə etimad yaradıcı tədbirlərin görülməsi və tərəflərin Minsk Qrupu çərçivəsində hərtərəfli sülh sazişi üzrə danışıqların aparılması istiqamətində iradə nümayiş etdirməsi üçün tərəfləri həvəsləndirməyə çağırılır. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada münaqişə nəticəsində evlərindən didərgin düşmüş insanların təhlükəsiz şəraitdə evlərinə qayıdışı hüququ təsdiqlənir.

Xatırladaq ki, ATƏT PA-nın illik sessiyası 1-5 iyul tarixlərində Tiflisdə keçirilib.

 

Gülnaz Qənbərli