Elşən Həsənov: “Separatçıların danışıqlar prosesinə qatılmağa heç bir hüququ yoxdur”

  • By admin
  • 05 İyul 2016 12:31

 

 

el

 

ATƏT PA-nın 25-ci sessiyasının son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çatdırmağa cəhd edən Ermənistan təmsilçisinə cavab verib.

Gununsesi.info-nun APA-ya istinadən  xəbərinə görə, E. Həsənov Ermənistan nümayəndəsinin fikirlərinin yalan və iftira olduğunu deyib. O, deyib ki,  etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT PA kimi nüfuzlu təşkilatın tribunasından meydan kimi istifadə etməsi, yalan bəyanatlar səsləndirməsi təəssüf hissi doğurur. E.Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı hərbi cinayətlər, etnik təmizləmə və Xocalı soyqırımının törədildiyini xatırladıb. Millət vəkili qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi tanınmasının qeyri-mümkün olduğunu da vurğulayıb: “Bu münaqişə Ermənistan və Azərbaycan arasında olan münaqişədir və Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə qatılmağa heç bir hüququ yoxdur”.

Gununsesi.info