
Sumqayıtda dəhşətli hadisə baş verib. Bakı-Quba yolunun 31-ci kilometrliyinin yaxınlığındakı dəmir yolu keçidində “VAZ 2104” markalı avtomobil ilə qatar toqquşub.
Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qatarın altında qalan avtomobildəki 40 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info









