Avtomobil qaz borusuna çırpılıb - YARALANAN VAR

  • By admin
  • 02 Mart 2018 21:22

Astara rayonu Şahağacı kəndində yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.

Nəticədə qəza zamanı sərnişin 1976-cı il təvəllüdlü Təranə Ağakərim qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info