
Müğənni Selami Şahinin xanımı Didem Şahin evliliyinin uzunömürlü olmasının sirrini bölüşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Selami ilə 32 ildir ailəli olan Didem bunları deyib:
“Şahinin xəyanətlərinə göz yummuşam. Hər şeyi görmüşəm, amma eşitməmişəm. Evdə gələndə mənim, gedəndə isə elindir. Ona görə həmişə evə gələndə “Xoş gəldin, mənimki”, gedəndə isə “Gülə-gülə elinki” deyərəm”.
Qeyd edək ki, Selaminin 69, Didemin isə 47 yaşı var. Cütlyün Lider, Emirhan və İrem adlı 3 uşaqları var.
Gununsesi.info










