Azərbaycanda 9 halda xəstəxanalarda tibbi xidmətin məqsədli keyfiyyət ekspertizası aparılacaq

  • By admin
  • 19 Mart 2020 20:46

Nazirlər Kabineti “Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”nı təsdiq eprofilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilibseçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır.

Gununsesiaz.info xəbər verir ki, Tibbi-iqtisadi ekspertiza elektron və ya kağız daşıyıcılar vasitəsilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılır. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması metodları aşağıdakılardır:

– göstərilmiş tibbi xidmətlərin zəruriliyinin yoxlanılması;

– tibbi xidmətlərin vaxtında göstərilməsinin müəyyən edilməsi;

– profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilməsi, keyfiyyət standartları, tibbi xidmətlərin göstərilməsi ardıcıllığı və kliniki protokollara uyğunluğunun yoxlanılması;

– tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi.

Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətin hər bir mərhələsini əhatə etməklə, aşağıdakı növlər üzrə həyata keçirilir:

– tibbi xidmətin planlı keyfiyyət ekspertizası;

– tibbi xidmətin məqsədli keyfiyyət ekspertizası.

Tibbi xidmətin planlı keyfiyyət ekspertizası göstərilmiş bütün laborator-instrumental, diaqnostik müayinə və müalicə prosedurlarını əhatə edir və Agentlik tərəfindən təsdiq edilən plan üzrə hər il aparılır.

Tibbi xidmətin məqsədli keyfiyyət ekspertizası aşağıdakı hallarda aparılır:

– müalicə ölümlə nəticələndikdə;

– tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında bu və ya digər xəstəliklər üzrə təqvim ilinin hər rübündə ötən rüblə müqayisədə ağırlaşma halları 10% artıqda;

– tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında təqvim ilinin hər rübündə ötən rüblə müqayisədə cərrahi əməliyyatdan sonrakı fəsad halları 10% artıqda;

– müalicə müddəti qısaldıqda və ya uzadıldıqda (əsaslılığının təyini məqsədilə);

– tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında xəstəxanadaxili infeksiya səbəbli ağırlaşma halları təqvim ilinin hər rübü üzrə ötən rüblə müqayisədə 10% artıqda;

– təqvim ilinin hər rübü üzrə ötən rüblə müqayisədə əmək qabiliyyətinin müvəqqəti və (və ya) daimi itirilməsi hallarının sayının artması müşahidə olunduqda;

– eyni xəstəlik hadisəsi üzrə bir ay müddətində təkrar müraciətlər olduqda;

– təkrarlanan səhvlər, yaxud müalicə-diaqnostika prosesinin kliniki protokollara uyğun olmadığı müşahidə edildikdə;

– tibbi xidmətin keyfiyyəti ilə bağlı sığortaolunanın şikayəti əsasında.

Tibbi xidmətin keyfiyyətinin ekspertizası yalnız yoxlanılan

sahə üzrə nəzərdə tutulmuş tələblərə cavab verən müstəqil ekspertlər tərəfindən aparılır. Müstəqil ekspertlərin xidmətlərinin satınalınması Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqavilə əsasında həyata keçirilir.

Tibbi xidmətin keyfiyyət ekspertizasının nəticələri əsasında tibbi xidmətlərin sübutlu təbabət prinsiplərinə əsaslanmadığı, tibbi xidmətlərin vaxtında göstərilmədiyi, profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilmədiyi və kliniki protokollara uyğun olmadığı aşkarlandıqda, habelə tibbi xidmətin göstərilməsi zamanı pozuntulara yol verildikdə, Agentlik tərəfindən aşağıdakı tədbirlərin görülməsi təmin edilir:

– sığorta ödənişinin verilməsindən imtina və ya verilmiş sığorta ödənişinin geri qaytarılması, habelə sığorta ödənişinin həmin tibbi xidmətlərin düzgün göstərildiyi hissəsi nisbətində qismən verilməsi və ya verilmiş sığorta ödənişinin qismən geri qaytarılması;

– tibbi-iqtisadi ekspertizanın həcminin müvafiq tibb müəssisəsinə münasibətdə 1 ildən çox olmayan müddətdə 2 dəfə artırılması.

Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibb müəssisələri tərəfindən son 1  il ərzində göstərilmiş tibbi xidmətlər arasından təsadüfi seçmə üsulu ilə aşağıdakı həcmlərdə aparılır:

– stasionar tibbi xidmət üzrə – bütün stasionar tibbi xidmətlərin 5%-dən az olmayaraq;

– gündüz stasionarında tibbi xidmət üzrə – gündüz stasionarında göstərilən bütün tibbi xidmətlərin 2%-dən az omayaraq;

– mbulator tibbi xidmət üzrə – bütün ambulator tibbi idmətlərin 0,5%-dən az olmayaraq.

Tibbi xidmətin keyfiyyətinin ekspertizasının nəticələri gentliyin müstəqil ekspertləri tərəfindən bu Qaydanın əlavəsinə uyğun olaraq tərtib olunan tibbi xidmətin keyfiyyətinin ekspertizasının aktı ilə rəsmiləşdirilir. Tibb müəssisəsi tibbi xidmətin keyfiyyətinin ekspertizasının nəticələri ilə tam və ya qismən razı olmadıqda, Agentliyə şikayət ərizəsi ilə müraciət edərək nəticələri mübahisələndirə bilər. Şikayət ərizəsi ekspertizanın nəticələri barədə akt tibb müəssisəsinə təqdim edildikdən sonra 15 təqvim günü müddətində Agentliyə verilir. Şikayət ərizəsi Agentliyə daxil olduqda, bu ərizəyə baxılma tarixi ərizə daxil olduğu gündən etibarən 30  iş günü müddətində sığorta hadisəsi (hadisələri) üzrə təkrar ekspertiza təyin edilməklə həyata keçirilir. Tibb müəssisəsi təkrar ekspertizanın nəticələri ilə razı olmadığı təqdirdə, məhkəməyə müraciət edə bilər.

Gununsesiaz.info