İçərişəhərdəki bu tədbir havaya görə təxirə salındı

  • By Admin2
  • 27 İyun 2026 12:50

İçərişəhərdə 27 iyun tarixində keçirilməsi planlaşdırılan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu məlumat yayıb.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar tədbir təxirə salınıb.

“Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq. Göstərdiyiniz anlayışa görə təşəkkür edirik və tezliklə görüşməyi səbirsizliklə gözləyirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, tədbirin proqramında sərgi və yarmarka, milli rəqslər və dəfilələr, konsert proqramı və s. yer alıb.

Gununsesi.info