Ermənistanın sabiq meri Hayk Marutyanın rəhbərlik etdiyi “Yeni Güc” Partiyası parlament seçkilərinin nəticələrinə etirazla bağlı Konstitusiya Məhkəməsində keçirilən iclaslarda iştirakını dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi açıqlama verib.
Bildirilib ki, partiya məhkəməyə seçki zamanı baş verdiyi iddia olunan qanun pozuntuları ilə bağlı faktları təqdim edib.
Partiya nümayəndəsinin sözlərinə görə, seçkilərdə etibarsız sayılan bülletenlərin sayının 17 minə çatması seçicilərin iradəsinə müdaxilə ehtimalını göstərir. Qeyd olunub ki, 2018 və 2021-ci illərdə keçirilən parlament seçkilərində etibarsız bülletenlərin sayı 5 mini keçməyib.
“Yeni Güc” Partiyası hesab edir ki, mövqeyini Konstitusiya Məhkəməsinə təqdim etdikdən sonra prosesdə iştirakını davam etdirməsinin mənası yoxdur. Bu səbəbdən partiya məhkəmə iclaslarında iştirakını dayandırmaq qərarı verib.












