ABŞ-də FETÖ-nün 42 yüksəkvəzifəli üzvü gizlənir

  • By Admin2
  • 27 İyun 2026 13:43

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) FETÖ terror təşkilatının yüksəkvəzifəli üzvlərinin olduğu ölkələri müəyyənləşdirdiyi bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, MİT FETÖ-nün 119 ölkədə fəaliyyət göstərən 2 762 əsas üzvünün yerini müəyyən edib. Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi onların ekstradisiyası istiqamətində işləri sürətləndirib.

Bildirilir ki, terror təşkilatının ən çox yüksəkvəzifəli üzvü ABŞ-də yaşayır. Məlumata əsasən, bu ölkədə FETÖ-nün 42 rəhbər şəxsi gizlənir.

Siyahıda ABŞ-dən sonra Almaniya 12 nəfərlə ikinci, Böyük Britaniya 10 nəfərlə üçüncü, Belçika isə 8 nəfərlə dördüncü yerdə qərarlaşıb.

Gununsesi.info