Azərbaycan Gürcüstanda liderliyini qoruyur

  • By admin
  • 07 Oktyabr 2016 14:45
tikinti
Azərbaycan yenə də Gürcüstanın ən iri investoru sayılır.
Azərbaycan 2016-ci ilin ilk 6 ayının yekunlarına görə,  Gürcüstan iqtisadiyyatının ən iri xarici sərmayəçi ölkə kimi liderliyini qoruyub saxlayır.
Gununsesi.info Gürcüstanın  Milli Statistika Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan 2016-ci ilik ilk 6 ayında Gürcüstan iqtisadiyyatına 283 mln dollar həcmində investisiya qoyub. “Bu isə 2016-ci ilin yanvar-iyun ayında ölkəyə yatırılan xarici investisiyanın 34%-ni təşkil edir”.  Gürcüstanın  Milli Statistika Xidməti onu da bildirib ki, ikinci yeri Böyük Britaniya tutur. Britaniya Gürcüstan iqtisadiyyatına 108 mln dollar qoyub ki, buda xarici investisiyanın 13%-ni təşkil edir.
Üçüncü yerdə isə Türkiyə qərarlaşıb. Türkiyə Gürcüstan iqtisadiyyatına 85 mln dollar həcmində sərmayə yatırıb ki, bu xarici investisiyanın 10,%-ni təşkil edir.
 
Gununsesi.info