Hüseynov qardaşları azad edilib

  • By admin
  • 07 Oktyabr 2016 14:50

hebs

Nardaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun ötən gün tutulmuş qardaşları bu gün sərbəst buraxılıb.
Gununsesi.info
-nun xəbərinə görə  bu haqda onların  vəkili Yalçın İmanov məlumat verib.

Y.İmanov bildirib ki,  A.Hüseynovun qardaşları – Hüseynağa, Məlik və Elçin Hüseynovlar artıq evlərindədirlər.

Qeyd edək ki, A.Hüseynov 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Onun cinayət işi üzrə məhkəməsinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Gülnaz Qənbərli

Gununsesi.info