Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub - FOTOLAR

  • By admin
  • 05 May 2023 19:23

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Səfirliyin və Azərbaycan-Çexiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun təşkilatçılığı ilə diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş Çex, klassik və Azərbaycan musiqilərindən ibarət konsert təşkil olunub.

Gununsesi.info bildirir ki, tədbirin açılışını Səfir cənab Milan Sedlaçek və İşçi Qrupun Sədri cənab Elnur Allahverdiyev edib.

Tədbirdə Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətində solistlər Azərbaycan və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli və Pilsen Dövlət Konservatoriyasının professoru cənab Roman Fedçuk ifa ediblər.

Gununsesi.info