Azərbaycana gələn turistlərin sayı açıqlandı

  • By admin
  • 05 Dekabr 2017 14:12

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Qeyd olunub ki, oktyabr ayında Azərbaycana 204 686 nəfər səfər edib.

Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur.

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib.

Qeyd edilən müddətdə Türkiyədən Azərbaycana 249 210, Birləşmiş Ərəb Əmirliyindən 81 742, İraqdan 54 242, Ukraynadan 49 449, Səudiyyə Ərəbistanından 31821 xarici vətəndaş səyahət edib.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycana 1 799 367-i Avropa ölkələrindən olmaqla, ümumilikdə 2 242 783 xarici vətəndaş səfər edib.

Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.

Gununsesi.info