Azərbaycanda cəmi 34 faiz özünü dindar hesab edir - “GALLUP İNTERNATİONAL”

  • Müəllif: admin
  • 29 İyun 2017 17:12

din

“Gallup İnternational” Sosioloji Araşdırma və Sorğular Mərkəzi dünya ölkələrində dindarlığın dərəcəsini araşdırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət bununla bağlı xəritə hazırlayaraq dərc edib.

Belə ki, xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığı isə aşağı olduğunu təsdiqləyir. Azərbaycan da bu sırada ən açıq rənglə işarələnib. 

Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda cəmi 34 faiz özünü dindar hesab edir. 54 faiz isə dindar olmadığını və ya ateist olduğunu bildirib. 12 faiz isə bu məsələdə cavab verməyə çətinlik çəkdiyini deyib.

Sorğunun nəticələrinə görə, qonşu Türkiyədə 79, İranda 83, Rusiyada 70, Gürcüstan və Ermənistanda isə 93 faiz insan özünü dindar adlandırıb. Qazaxıstanda özünü dindar sayanlar 64, Türkmənistanda 80, Özbəkistanda 51 faiz olub.

Xəritədə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Göstəriciyə görə, hətta Fransa kimi ölkədən də öndə gəlir.

Gülnaz Qənbərli

Gununsesi.info