“Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 183 nəfər sağaldı, 5 nəfər öldü”

  • By admin
  • 12 İyun 2020 17:33

“Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.org-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub.

 

Gununsesi.org