Azərbaycanda istiqrazların yarısını alan – HOLDİNQ MƏLUM OLDU

  • By admin
  • 06 Noyabr 2019 13:54

Azərbaycanda dövlət istiqrazlarının yarıdan çox hissəsini «Paşa Holdinq»ə məxsus olan şirkətlər və banklar alıb.

Gununsesi.org  FED.az-a istinadən xəbər verir ki, bu barədə holdinqə daxil olan bankların («Paşa Bank» və «Kapitalbank») və sığorta şirkətlərinin hesabatına əsasən xəbər verir.

Hesabatlara əsasən «Paşa Bank» qiymətli kağızlara ümumilikdə 1 milyard 157 milyon 219 min manat yatırıb. Bankın hesabatında bunun hansı hissəsinin dövlət və ya qeyri-dövlət olduğu göstərilməyib.

«Kapitalbank»ın hesabatına əsasən, bank ticarət və investisiya qiymətli kağızlarına 705 milyon 930 min manat yatırıb.

Bu iki bankın qiymətli kağızlara ümumi yatırımı 1 milyard 863 milyon 149 min manat təşkli edir ki, bu da

ölkənin bütün bank sektorunun QK-lara yatırımının 49,96%-ni təşkil edir.

Holdinqə daxil olan sığorta şirkətləri də dövlət QK-lara böyük yatırımlar ediblər. «Paşa Həyat Sığorta» şirkətinin dövlət qiyiətli kağızlarına yatırımları 2018-ci ilin sonunda 145 milyon 918 min manat olub.

«Paşa Sığorta» şirkətinin dövlət qiymətli kağızlarına yatırımlarının həcmi isə 32 milyon 439 min manat təşklp edib.

Xatırladaq ki, Hesablama Palatası 2020-ci ilin dövlət büdcəsi ilə bağlı rəyində dövlət qiymətli kağızları üçün investor bazasının zəif olduğunu bildirib. Palata bildirib ki, dövlət istiqrazlarının təqribən 50%-i funksional fəaliyyət üçün Dövlət büdcəsindən vəsait alan təşkilatda və 1 holdinqdə cəmlənmişdir. «Bütün bunlar isə öz növbəsində bazarda investor şəbəkəsinin məhdud olduğuna, yeni maliyyə alətlərinin olmamasına, təkrar bazarın tam formalaşmamasına deməyə əsas vermişdir».

«Başqa sözlə qiymətli kağızlar bazarının geniş investor şəbəkəsinə malik olmaması əvvəlki borcların bağlanması məqsədilə həyata keçirilən yeni borclanmanın tədricən çətinləşməsinə və ya faiz artımına gətirib çıxara bilər»-deyə Palata xəbərdarlıq edib.