Azərbaycanda özünə sui-qəsdlər artır: 1030 nəfər DƏHŞƏTLİ STATİSTİKA

  • By admin
  • 08 İyun 2016 12:48

OZUNEQESD

 

“Son iki ay ərzində ölkədə ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 18 müraciət daxil olub”. Bu haqda Gununsesi.info-ya Kliniki Tibbi Mərkəzdən məlumat verib. Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər maqsudov bildirib ki, ötən ay ərzində ilan sancması ilə bağlı mərkəzə 9 müraciət daxil olub. Onun sözlərinə görə, ilan sancanlardan 6-sı xəstəxanaya yerləşdirilsə də, ölüm halı qeydə alınmayıb: “İlansancma halları Bakıətrafı kəndlərdə, Saatlı və Sabirabadda qeydə alınıb. Xəstəxanaya yerləşdirilən 6 nəfərdən 4-ü qadın, 2-si isə kişidir”. Mərkəzdən bildirilib ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə ötən il 2462 xəstə qəbul olunub. Azər Maqsudov deyib ki, xəstələr arasında qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1030 nəfər təşkil edib. Daxil olan xəstələrin əsas qrupu “dərman zəhərlənməsi” diaqnozu ilə qəbul edilənlərdir. Onların sayı 823 nəfər olub. “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” diaqnozu ilə daxil olan xəstələrin sayı 502 nəfər, “yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər təşkil edib. Daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar. Xəstəxanaya qəbul edilmiş 15 yaşına kimi uşaqların sayı 419 nəfər olub”.

A. Maqsudov qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ kömək göstərməkdən ibarətdir.

 

Gülnaz